“19,5 milyondan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib”

195-milyondan-cox-vesaitin-budceye-odenilmesi-temin-edilib
Oxunma sayı: 2000

“Bu il ərzində 19,5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Bildirilib ki, cari ilin ilk 10 ayı ərzində prokurorluq orqanlarında aparılmış istintaq tədbirləri ilə istintaqı tamamlanmış cinayət işləri üzrə xüsusi mülkiyyətə dəymiş 54 milyon 63 min manat məbləğində vurulmuş maddi ziyandan 19 milyon 564 min manat vəsaitin ödənilməsinə nail olunub.

Həmçinin qeyd edilib ki, prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin təmin olunması məqsədilə Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanı ilə yaradılmış “Elektron Prokurorluq” informasiya sistemi hazırda prokurorluq orqanlarında səmərəli şəkildə istifadə edilməkdədir.

Baş prokurorun müavini onu da əlavə edib ki, həmin proqram insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, prokurorluğa müraciət imkanlarının genişlənməsinə, prokurorluğun fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir.