2 gizir və 4 baş çavuş barədə sərt tədbir görülüb

2-gizir-ve-4-bas-cavus-barede-sert-tedbir-gorulub
Oxunma sayı: 9775

Ötən il Strateji Obyektlərin Mühafizə Dövlət Agentliyində ​aparılan xidməti yoxlamalar zamanı 44 hərbi qulluqçu cəzalandırılıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə agentliyin rəhbəri İlqar Abbasov 2023-cü il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə bildirib.

İ. Abbasovun sözlərinə görə, onlardan 2 gizir, 4 baş çavuş xidməti uyğunsuzluğa və hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

O, həmçinin qeyd edib ki, hesabat dövründə könüllülük prinsipi əsasında ümumilikdə 228 nəfər həqiqi hərbi xidmətə qəbul edilib. Həmçinin 63 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul olunub.