“20 Yanvar” stansiyası yaxınlığında yanğın - Video - Yenilənib

20-yanvar-stansiyasi-yaxinliginda-yangin
Oxunma sayı: 4077

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. 

Yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.