Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Tanrıqulular kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ” markalı minik avtomobili “Qazel” markalı yük maşını ilə toqquşub.
Qəza zamanı avtomobildə olan 2001-ci il təvəllüdlü Qənifə Bayramova, 1959-cu il təvəllüdlü Nailə Bayramova və 1971-ci il təvəllüdlü Nofəl İsmayılov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər