AFFA Ayxan Abbasovu həmin davranışına görə - Cəzalandırdı - Video

affa-ayxan-abbasovu-hemin-davranisina-gore
Oxunma sayı: 1564

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna səbəb A.Abbasovun Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”la keçirilən matçda rəqib baş məşqçi ilə mübahisə etməsi olub. 

Belə ki, oyunun 88-ci dəqiqəsində o, rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə alıb. Buna görə çalışdırıcı 1 oyun oyun cəzalanıb və 2000 min manat cərimə edilib. 

“Sumqayıt” baş məşqçisi Saşa İliç də cəzasız qalmayıb. O, rəqib komandanın texniki zonasına qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyunluq diskvalifikasiya edilib. “Sumqayıt” isə 10 000 manat cərimə olunub.