İsrailin 2026-cı ildə “Avroviziya” mahnı müsabiqəsində iştirakına rəsmi olaraq icazə verilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda səsvermədən sonra qərar qəbul olunub.
Lakin artıq bəzi ölkələr boykot qərarı alıb.
Belə ki, Niderland, İspaniya, İrlandiya və Sloveniya İsrailin müsabiqəyə buraxılmasına etiraz olaraq gələn il iştirak etməyəcəklərini açıqlayıblar.
Qeyd edək ki, Rusiya da Ukraynada müharibəyə başladıqdan sonra “Avroviziya”dan kənarlaşdırılıb.
Son xəbərlər
Son Xəbərlər