“G8-ə qayıtmaq istəmirik”

g8-e-qayitmaq-istemirik
Oxunma sayı: 1865

“Rusiya “Böyük səkkizlik” (G8) qrupuna qayıtmaq istəmir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “India Today” nəşrinə müsahibəsində danışıb. 

“G7-nin dünya iqtisadiyyatındakı payı ildən-ilə azalır. Anlamaq olmur, onlar niyə özlərini “Böyük yeddilik” adlandırırlar? Orada böyük nə var ki?”, - Putin deyib. 

Qeyd edək ki, 1997-2014-cü illərdə bu qeyri-rəsmi klub “Böyük səkkizlik” (G8) adlandırılıb. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra klub toplantılarını yenidən G7 formatında, Rusiyanın iştirakı olmadan keçirməyə başlayıb. Hazırda kluba ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, İtaliya, Kanada və Yaponiya daxildir.