Yanğında xəsarət alanların vəziyyəti - Açıqlandı

yanginda-xesaret-alanlarin-veziyyeti
Oxunma sayı: 886

Bu gün saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 yaşayış massivində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

“Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub”, - qurumdan qeyd edilib.