2026-cı ilin əsas rəngi açıqlandı

2026-ci-ilin-esas-rengi-aciqlandi
Oxunma sayı: 1273

Amerikanın “Pantone Rəng İnstitutu” 2026-cı ilin əsas rəngini açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Pantone” nümayəndələri rəsmi saytda məlumat veriblər.

İnstitut 2026-cı ilin əsas rəngi kimi “Cloud Dancer” adlanan 11-4201 ağ kölgəni seçib.

Nümayəndələrin fikrincə, “Cloud Dancer” kölgəsi sakitlik hissi ilə dolu havadar bir ağdır. Rəngin “səs-küylü dünyada sakitlik və əmin-amanlıq pıçıltısını” təmsil etdiyi deyilir.