ABŞ-də keçirilən “Art Basel Miami Beach” sərgisində texnologiya milyarderlərinin simalarını daşıyan robotlar ziyarətçilərin diqqət mərkəzində olub.
“Qafqazinfo” xəbər verir ki, xüsusilə məşhur rəqəmsal rəssam “Beeple”ın “Regular Animals” adlı yeni instalyasiyası böyük marağa səbəb olub.
Sərgidə nümayiş olunan robotlar İlon Mask, Ceff Bezos, Mark Zukerberq, Pablo Pikasso və Endi Varholun maskalarını daşıyıb. Maskalar məşhur dizayner Landon Meyer tərəfindən hazırlanıb. Robotlar NFT “istehsal edən” performanslar nümayiş etdirərək ziyarətçiləri heyran edib.
Hər bir milyarder simalı robot fərqli tipdə rəqəmsal sənət yaratmaqla fərqlənir. Zukerberq robotu “Metaverse” üslubunda vizual effektlər yaradır, Mask robotu isə ağ-qara kompozisiya meydana gətirir. Pikasso robotu kubizm, Varhol robotu isə pop-art tərzində işlər ortaya qoyur. Bezos görünüşlü robot isə heç nə yaratmır.
“Beeple” bunun səbəbini belə izah edib:
“O da dünyanı necə gördüyümüzə təsir edən şəxslərdən biridir, buna görə əsərdə olmalı idi”.
Robotların hər biri kolleksiyaçılar tərəfindən 100 min dollara alınıb, lakin sahibləri əsərlərin sərgilərdə nümayiş etdirilməsinə icazə verirlər. İstehsal olunan 256 çap işinin küncündə “scan to claim” kodu var və bu çaplar həqiqi NFT statusuna malikdir.




Son xəbərlər
Son Xəbərlər