20 yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü

20-yasli-qiz-8-ci-mertebeden-yixilib-oldu
Oxunma sayı: 5876

Paytaxtın Binəqədi rayonu Xocəsən qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 21 radələrində 2005-ci il təvəllüdlü Könül İlham qızı İbrahimova yaşadığı qəsəbədə şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdə binanın 8-ci mərtəbəsindəki mənzilin eyvanından ehtiyatsızlıqdan yerə yıxılıb.

Gənc qız hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.