23 illik xanımı ilə ilk dəfə görüntüləndi - Foto

23-illik-xanimi-ile-ilk-defe-goruntulendi
Oxunma sayı: 7883

Türkiyəli müğənni İzzət Yıldızhan ilk dəfə həyat yoldaşı Ajda Yıldızhanla görüntülənib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük birgə qatıldıqları məclisdə obyektivlərə tuş gəlib.

Bu günə kimi həyat yoldaşı ilə kamera qarşısına keçməyən və fotosunu sosial şəbəkədə paylaşmayan sənətçinin xanımı ilə fotoları diqqət çəkib.

İstanbul Texniki Universitetinin Konservatoriya fakültəsini bitirən Ajdanın ərinə musiqi sahəsində də dəstək olduğu deyilir.

Qeyd edək ki, 61 yaşlı İ. Yıldızhan 3 dəfə ailə qurub. Onun bu evliliklərindən ümumilikdə 9 övladı var.