Ayın oyunçusu seçildi

ayin-oyuncusu-secildi
Oxunma sayı: 1486

"Betis"in yarımmüdafiəçisi İsko La Liqada ötən ayın oyunçusu seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bildirilib ki, o, mükafat uğrunda mübarizədə “Real”dan Vinisius Junior, “Selta”dan Yaqo Aspas, “Sevilya”dan Yusef En-Neseri və “Jirona”dan Savionu qabaqlayıb.

Qeyd edək ki, 2023/24 mövsümündə İsko La Liqada 27 oyunda 7 qol vurub və 4 qolun ötürməsini verib.