25 yaşlı türk futbolçu vəfat etdi - Səbəbi bəlli deyil

25-yasli-turk-futbolcu-vefat-etdi
Oxunma sayı: 821

Türkiyə Birinci liqa təmsilçisi “Bandırmaspor” klubunun futbolçusu Tolqa Kalender vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

25 yaşlı futbolçunun ölüm səbəbi açıqlanmayıb. 

Qeyd edək ki, Kalender “Tuzlaspor”, “Bayrampaşa”, “Adana Demirspor”da da çıxış edib.