Bu gün işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.
Bu barədə “Qafqazinfo”ya Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, Agentliyin 1995-ci il təvəllüdlü əməkdaşı Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayıb.
Hadisə nəticəsində əməkdaş həyatını itirib.
Fotoda həlak olan Muğan Mətili


Son xəbərlər
Son Xəbərlər