4 il sonra həbsdən azad edildi

4-il-sonra-hebsden-azad-edildi
Oxunma sayı: 1548

Rusiyada məhkum edilən ABŞ vətəndaşı Robert Gilman səhhəti ilə əlaqədar azadlığa buraxılıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, o, ABŞ-yə yola düşüb.

Gilmanın vəkili İrina Brajnikovanın sözlərinə görə, Robert Gilman əfv edilmiş ola bilər.

Qeyd edək ki, Robert Gilman 2022-ci ilin yanvarın 19-da qatarda asayişi pozduğu üçün Voronej şəhərinin dəmir yolu vağzalında saxlanılıb.

O, polis şöbəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarından birinə ayağı ilə zərbə endirib. Məhkəmə əvvəlcə Gilmanı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Daha sonra onun cəzası 1 il azaldılıb. Cəzasını çəkdiyi müddətdə hüquq-mühafizə və penitensiar sistem əməkdaşlarına qarşı zor tətbiq etdiyi üçün onun barəsində yeni cinayət işləri açılıb.

Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio iyulun 23-də Manilada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı Gilmanın azadlığa buraxılması məsələsini də müzakirə edib.