Rusiyalı müğənni Filip Kirkorov, prodüser İosif Priqojin və opera müğənnisi Nikolay Baskov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına daxil edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Ukrayna kəşfiyyatının portalında yer alıb.
Sözügedən sənətçilər Rusiyanın Ukraynaya qarşı fəaliyyətlərini və siyasətini dəstəkləməkdə ittiham ediliblər.
Ümumilikdə 2022-ci ildə müharibənin başlamasından bu yana “War&Sanctions” adlı həmin portalın “qara siyahı”sına 450-dən çox ictimai və mədəni sahədə fəaliyyət göstərən şəxslər daxil edilib.
Son olaraq isə Ukrayna rusiyalı tanınmış aparıcı və aktyor Leonid Yakuboviçi “qara siyahı”ya daxil etmişdi.
Son xəbərlər
Son Xəbərlər