Türkiyə Superliqasının 1-ci turunda keçirilən “Gənclərbirliyi” - “Fənərbaxça” matçında yaşanan hadisə ciddi rezonans doğurub.
“Qafqazinfo” xəbər verir ki, meydan sahibi komandanın azarkeşləri İstanbul klubunun onların tribunasında əyləşən 4 yaşlı balaca tərəfdarının geyindiyi “Fənərbaxça” formasını çıxartdırıb.
Onların bu hərəkəti böyük tənqidə səbəb olub. Hadisə ilə bağlı bir nəfər saxlanılıb və barəsində araşdırma başlanılıb.
“Fənərbaxça” da hadisə ilə bağlı açıqlama yayıb və balaca tərəfdarla atasını Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Lion”la matça dəvət edib: “Gənclərbirliyi” ilə oyunda formamızı geyinən və rəqib azarkeşlər tərəfindən təzyiqə məruz qalan balaca tərəfdarımız Göktuğ Alımcı və atası Selami Alımcı ilə əlaqə saxlanılıb. Onlar “Lion” matçına dəvət olunub”.
Qeyd edək ki, “Fənərbaxça” “Gənclərbirliyi”nə 1:2 hesabı ilə uduzub.
Son xəbərlər
Son Xəbərlər