44 yaşlı qadın öldürüldü, qardaşı saxlanıldı - Yenilənib

44-yasli-qadin-olduruldu-qardasi-saxlanildi
Oxunma sayı: 5231

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Əhmədova Natavan Mövləddin qızının odlu silahdan açılan atəşdən qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.

Araşdırma aparılır.

***

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zaqatala Rayon Prokurorluğu məlumat yayıb.

Bilirilib ki, mayın 27-də saat 22 radələrində Zaqatala rayonu,Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədovanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.