46 yaşlı piyadanı maşın vurub öldürdü - Yenilənib

46-yasli-piyadani-masin-vurub-oldurdu
Oxunma sayı: 1314

Tovuzda piyadanı maşın vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub.

Piyadanın vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

***

“VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən Asif Əsgərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yunis Quliyev