59 yaşlı kişi dayanacaqda öldü

59-yasli-kisi-dayanacaqda-oldu
Oxunma sayı: 2197

Dünən paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində ictimai yerdə ölüm qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, M.S.Ordubadi küçəsi 3-də yerləşən avtobus dayanacağında Şirvan şəhər sakini 1966-cı il təvəllüdlü Elşən Əlikram oğlu Quliyev qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Araşdırma aparılır.