61 il birlikdə yaşayan cütlük eyni gündə koronavirusdan öldü

61-il-birlikde-yasayan-cutluk-eyni-gunde-koronavirusdan-oldu
Oxunma sayı: 1979

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində 61 ildir birlikdə yaşayan Patrisiya və Bill Olviq cütlüyü eyni gündə koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ömürlərinin son illərini qocalar evində keçirən cütlük eyni vaxtda Covid-19-a yoluxub. Əvvəlcə Billin daha sonra isə Patrisiyanın vəziyyəti pisləşib.

Onlar 6 saat fərqlə xəstəxanaya yerləşdiriliblər. Onlar süni nəfəs aparatına qoşulsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

Əvvəlcə Bill, 40 dəqiqə sonra isə Patrisiya dünyasını dəyişib.