61 yaşlı qadın 5 saat plank vəziyyətində dayandı - Rekord qırdı

61-yasli-qadin-5-saat-plank-veziyyetinde-dayandi
Oxunma sayı: 502

ABŞ-dən olan yaşlı bir qadın plank hərəkətində ən uzun müddət qalma üzrə rekord müəyyən edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda UPI-nin məlumat yayıb.

Bildirilir ki, 61 yaşlı Donna Cin Uayld Yutada keçirilən “Huntsman Senior Games” yarışlarında beş saat ərzində plank vəziyyətində qalaraq yeni dünya rekordu qoyub.

Uayld rekord cəhdini 50 yaşdan yuxarı insanların idman nailiyyətlərini qeyd edən bu yarışların açılış mərasimi zamanı həyata keçirib. Bununla o, 2024-cü ildə müəyyən etdiyi 4 saat 30 dəqiqə 11 saniyəlik şəxsi “Ginnesin Dünya Rekordu”nu yeniləyib.