77-ci Kann Film Festivalının qalibləri - Siyahı

77-ci-kann-film-festivalinin-qalibleri
Oxunma sayı: 4582

77-ci Kann Film Festivalının qalibləri məlum olub.

“Qafqazinfo” xəbər verir ki, “Qızıl Palma budağı”nın əsas mükafatı Şon Beykerin “Anora” filminə verilib.

Filmdə Mark Eydelşteyn, Yuri Borisov, Aleksey Serebryakov və başqaları iştirak edib.

Festivalın “Qran-pri” mükafatını Payal Kapadianın “Hər şeyi işıq kimi təsəvvür edirik” filmi qazanıb.

Digər qaliblər aşağıdakılardır:

Ən yaxşı rejissor - Migel Qomes

Münsiflər heyətinin mükafatı - Emilia Perez

Münsiflər heyətinin xüsusi mükafatı - Məhəmməd Rəsulov

Ən yaxşı debüt üçün “Qızıl Kamera” – “Armand”

Ən yaxşı ssenari - Korali Fargea

 Ən Yaxşı aktrisa - Adriana Pas, Zoe Saldana, Carla Sofia Qascon, Selena Gomez

Ən yaxşı aktyor - Cessi Plemons

Ən yaxşı qısa film – “Susmağı bacarmayan adam”

Fipressi Mükafatı – “Müqəddəs əncir toxumu”