78 nəfərin öldüyü yanğında müdir ailəsi ilə hoteldən sakitcə çıxıbmış - Video

78-neferin-olduyu-yanginda-mudir-ailesi-ile-hotelden-sakitce-cixibmis
Oxunma sayı: 8350

Türkiyədə hoteldə xeyli sayda insanın ölümü ilə nəticələnmiş yanğınla bağlı yeni görüntülər ortaya çıxıb. 

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, yanğın baş verən gün təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdən hotel müdiri ilə ailəsinin qonaqlara xəbər vermədən binanı sakitcə tərk etdikləri məlum olur.

Xatırladaq ki, yanvarın 21-də Bolu vilayətində “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal”  hotelində baş vermiş yanğında 78 nəfər ölüb, 133 nəfər isə yaralanıb. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.