89 yaşlı kişi və arvadı dəm qazından öldü

89-yasli-kisi-ve-arvadi-dem-qazindan-oldu
Oxunma sayı: 1797

Bakıda ahıl kişi və arvadı dəm qazından boğularaq ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə fevralın 1-i Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivindəki evdə baş verib.

1936-cı il təvəllüdlü İsax Xəlil oğlu Səfərəliyev və arvadı 1941-ci il təvəllüdlü Şeyda Səfərəliyeva evdəki sobadan dəm qazının sızması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Fotoda Şeyda Səfərəliyeva