Yevlaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, iyunun 8-i saat 18 radələrində 1935-ci il təvəllüdlü Yevlax rayon Xaldan kənd sakini Əhmədova Zümrüd Sabit qızı yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandırarkən üzərində olan geyimlərin yanması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.
Bildirilib ki, 91 yaşlı qadın tənha yaşayırmış.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər