AAYDA-ya məxsus bu idarələr ləğv edildi - Siyahı

aayda-ya-mexsus-bu-idareler-legv-edildi
Oxunma sayı: 1435

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.

“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.

Məlumata görə, agentliyin ləğv olunduğunu elan yol istismar şirkətləri aşağıdakılardır:

- “Bakı 1 №-li Yol İstismarı” MMC – direktoru Zaur Həmzəyev;

- “Bakı 5 №-li Yol İstismarı” MMC – direktoru İntiqam Hüseynov;

- “Bakı 6 №-li Yol İstismarı” MMC – direktoru Tural Dəmirli;

- “Bakı 7 №-li Yol İstismarı” MMC – direktoru Müşviq İmranov;

- “Bakı 8 №-li Yol İstismarı” MMC – direktoru Cabir Qurbanov;

- “Bakı 9 №-li Yol İstismarı” MMC – direktoru Natiq İsmayılov;

- “Bakı 10 №-li Yol İstismarı” MMC – direktoru Elman Cavadi;

- “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Etibar Kərimov;

- “17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Şahin Süleymanov;

- “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Camal Sadıxov.

Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunub. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.