Le Pen prezident seçilərsə, Ukraynaya maliyyə yardımını dayandıracaq

le-pen-prezident-secilerse-ukraynaya-maliyye-yardimini-dayandiracaq
Oxunma sayı: 103

Fransanın “Milli Birlik” partiyasının lideri Marin Le Pen prezident seçiləcəyi təqdirdə Ukraynaya maliyyə yardımını dayandıracağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Le Pen qərarını Fransanın dövlət maliyyəsinin mövcud vəziyyəti ilə əsaslandırıb. Bununla belə, siyasətçi hakimiyyətə gələcəyi təqdirdə Fransanın əvvəllər üzərinə götürdüyü öhdəliklərə, o cümlədən Avropa İttifaqının Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq kreditlə bağlı razılaşmalara əməl edəcəyini bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 14-də Ukraynaya maliyyə və hərbi dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə qış aylarında Ukraynanın enerji infrastrukturunun qorunmasına yardım göstərilməsinə çağırıb.