Abasov üçün dövrənin son sınağı...

abasov-ucun-dovrenin-son-sinagi
Oxunma sayı: 2658

Bu gün şahmat üzrə İddiaçılar Turnirində VII turun oyunları keçiriləcək.

“Qafqazinfo” “İdman.biz”ə istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov növbəti sınağına çıxacaq.

29 yaşlı təmsilçimiz I dövrədəki son matçında Vidit Santoş Qujrati ilə qarşılaşacaq. Təmsilçimiz hindistanlı rəqibinə qarşı ağ fiqurlarla oynayacaq.

İddiaçılar Turniri
VII tur, 11 aprel

Hikaru Nakamura – Yan Nepomnyaşi
Fabiano Karuana - Rameşbabu Praqnanandja
Nicat Abasov - Vidit Santoş Qujrati
Alireza Firuzya – Dommaradju Qukeş

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) - 4, 3. Fabiano Karuana (ABŞ) – 3,5, 4. Rameşbabu Praqnanandja (Hindistan) – 3,5, 5. Vidit Santoş Qujrati (Hindistan) – 3, 6. Hikaru Nakamura (ABŞ) – 3, 7-8. Alireza Firuzya (Fransa), Nicat Abasov (Azərbaycan) – 1,5.

Qeyd edək ki, I dövrənin son turundan sonra iştirakçılara bir günlük fasilə veriləcək. VIII turun görüşləri aprelin 13-də baş tutacaq