Qırğızıstanda yük maşını 29 uşağı vurdu

qirgizistanda-yuk-masini-29-usagi-vurdu
Oxunma sayı: 1980

Qırğızıstanda sürücünün əyləci işlək vəziyyətdə qoyub getdiyi “Porter” tipli yük avtomobili 29 uşağı vurub.

“Qafqazinfo” “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, hadisə Suzak kəndində tədbir zamanı qeydə alınıb.

Bildirilir ki, içərisində dondurma olan yük maşını gözlənilmədən hərəkətə gəlib və 9-16 yaşlı uşaqların toplaşdığı hissəyə doğru gedib. 

Hazırda 18 uşağın xəstəxanada olduğu bildirilir. Onlardan 7-si reanimasiya bölməsinə yerləşdirilib və üçünün vəziyyəti ağırdır.

Oxucuların həssaslığını nəzərə alaraq hadisə anını əks etdirən görüntüləri yayımlamırıq.