ABŞ-də təyyarə alovlandı, sərnişinlər təxliyə edildi - Video

abs-de-teyyare-alovlandi-sernisinler-texliye-edildi
Oxunma sayı: 1747

ABŞ-nin Florida ştatında təyyarə havaya qalxmazdan bir neçə dəqiqə əvvəl alovlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Sun” nəşri məlumat yayıb.

Bildirilib ki, sərnişinlər təcili sürüşmələrdən istifadə edərək təyyarədən təxliyə olunublar.

Məlumata görə, Orlandodan Atlantaya gedəcək olan sərnişinlər səhər saatlarında yola düşəcəklər.