ABŞ ordusu Hörmüzdə yerləşən Larak adasında yerləşən İran raket qurğularına zərbələr endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid yüksəkvəzifəli amerikalı məmura istinadən “X” hesabında məlumat yayıb.
Məlumatda vurğulanır ki, zərbələrə səbəb İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz minaları ilə təchiz olunmuş raketləri Hörmüz boğazı istiqamətində buraxılışa hazırlaması olub:
“SEPAH qüvvələrinin Hörmüz boğazı istiqamətində dəniz minaları olan raketləri buraxmağa hazırlaşdığı müşahidə edilib və dərhal qarşısı alınıb”.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqlar aparmaq niyyətində olmadığını bəyan etmişdi. Tramp həmçinin ABŞ-nin Hörmüz boğazına və İranın blokadasına tam nəzarət etdiyini diqqətə çatdırmışdı.
Son xəbərlər
Son Xəbərlər