ABŞ İrana məxsus tankeri vurdu

abs-irana-mexsus-tankeri-vurdu
Oxunma sayı: 256

ABŞ Silahlı Qüvvələri Fars körfəzində, Xarq adası yaxınlığında İrana məxsus neft tankerinə raket zərbəsi endirib.

“Qafqazinfo” “Tasnim” agentliyinə istinadla xəbər verir ki, insident adadan cəmi 4 mil aralıda baş verib.

Məlumata görə, hücum nəticəsində tələfat qeydə alınmayıb. Tankerin heyəti təcili şəkildə təxliyə olunur.

Xatırladaq ki, bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-yə məxsus müasir “ağıllı” sualtı aparatını ələ keçirdiklərini bəyan etmişdi.