ABŞ İrana yenidən hücuma başladı

abs-irana-yeniden-hucuma-basladi
Oxunma sayı: 523

ABŞ ordusu İrana qarşı ardıcıl üçüncü gecə hava hücumları həyata keçirdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir.

Hücumlar fonunda İranın bir sıra bölgələrində partlayış səslərinin eşidildiyi bildirilir.

Qeyd edilib ki, əməliyyatlar Prezident Donald Trampın göstərişi ilə həyata keçirilir. Vaşinqton bu zərbələrin İran qüvvələrinin imkanlarını zəiflətməyə və Hörmüz boğazında mülki gəmilərə qarşı mümkün təhdidlərin qarşısını almağa yönəldiyini bildirib.

İran mediasının məlumatına görə, hücumlar zamanı Bəndər-Abbas şəhərində, eləcə də, Hörmüz boğazında yerləşən Qeşm və Kiş adalarında partlayış səsləri eşidilib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp ABŞ-nin İrana “sərt zərbələr” endirəcəyini bəyan edib. O, həmçinin Hörmüz boğazında dəniz blokadasının bərpa olunduğunu və boğazdan keçən bütün yüklərə 20 faiz tranzit rüsumu tətbiq ediləcəyini açıqlayıb.

Trampın sözlərinə görə, bu qərar regionda təhlükəsizliyin təmin olunması ilə bağlı xərclərin qarşılanmasına xidmət edəcək.

İran mediası Hörmüz boğazı üzərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatının vurulduğunu yazıb. Məlumata əsasən, pilotsuz aparat İran İnqilab Keşikçiləri Korpusu tərəfindən məhv edilib.

Hadisə ilə bağlı rəsmi qurumlar hələlik əlavə məlumat yaymayıblar.