Az qala, faciə baş verəcəkdi... - Video

az-qala-facie-bas-verecekdi
Oxunma sayı: 1094

Nərimanov rayonunda ağır yol qəzasının qarşısı son anda alınıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Videodan görünür ki, “Ulduz” metrostansiyası tərəfdə sərnişin avtobusu yanaşı zolaqda hərəkət edən minik avtomobilinə təhlükə yaradıb. Avtobusun sürücüsü ani manevrlə maşına tərəf hərəkət edib.

Digər sürücü toqquşmanın qarşısını ala bilib, lakin qarşı yola çıxmağa məcbur olub. Qarşı yolun hər iki zolağında isə digər avtomobillər olub, minik avtomobilinin sürücüsünün sayıqlığı nəticəsində ağır qəza baş verməyib.