İran iki tankeri vurdu - Ölən və yaralananlar var

iran-iki-tankeri-vurdu
Oxunma sayı: 416

İran raketləri iki tankeri vurub, bir nəfər həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində bir ekipaj üzvü ölüb, səkkiz nəfər isə yaralanıb.

Qeyd edilib ki, “Əl-Bahiyə” və “Mombasa” adlı tankerlər Oman ərazi sularında olarkən hədəf alınıb. “Mombasa” tankerində olan Hindistan vətəndaşı hücum zamanı həyatını itirib.

Hadisə nəticəsində altı Hindistan vətəndaşı və iki Ukrayna vətəndaşı yaralanıb.

Nazirlik hər iki gəminin zədələndiyini və alovlandığını, lakin yanğınların artıq nəzarət altına alındığını açıqlayıb.

Qurumdan verilən bəyanatda BƏƏ Silahlı Qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğu vurğulanaraq, ölkənin təhlükəsizliyini təhdid edən istənilən addıma qətiyyətlə cavab veriləcəyi bildirilib.

BƏƏ Xarici İşlər Nazirliyi hücumları pisləyərək Hindistana başsağlığı verib.