“İsrail bir neçə il ərzində İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirmək məqsədilə öz tərəfinə çəkməyə çalışıb”.
“Qafqazinfo” xəbər verir ki, belə bir iddia ilə “The New York Times” anonim mənbələrə istinadən məlumat yayıb.
Qəzetin iddiasına görə, İsrailin xarici kəşfiyyat xidməti “Mossad” Əhmədinejadla ilk təmasları 2023-cü ildə qurub. Bildirilir ki, daha sonra o, Budapeştdə “Mossad”ın ovatkı rəhbəri David Barnea ilə görüşüb.
Nəşr bildirir ki, İsrail 2026-cı ilin fevralında Əhmədinejadı Tehrandan çıxarmağa cəhd etsə də, bu plan baş tutmayıb. İddia olunur ki, sabiq prezident sonradan gizli sığınacağı tərk edib.
Qəzet yazır ki, hazırda Əhmədinejad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat orqanlarının nəzarəti altındadır.
Qeyd edək ki, iddia rəsmi təsdiqini tapmayıb.
Son xəbərlər
Son Xəbərlər