“Hörmüzə nəzarəti ələ keçirəcəyik”

hormuze-nezareti-ele-kecireceyik
Oxunma sayı: 351

“Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Tramp Hörmüz boğazına sonda Vaşinqtonun nəzarət edəcəyini bildirib. O, İranla davam edən münaqişənin “çox sürətlə” irəlilədiyini vurğulayıb.

Prezidentin sözlərinə görə, ABŞ həmin bölgədə İranın imkanlarını zəiflətmək üçün əməliyyatları davam etdirir.

“Bu gecə onlara zərbə endiririk və Hörmüz boğazı ilə bağlı bütün imkanlarını əllərindən alırıq. Düşünürəm ki, nəticədə hər şeyə nəzarət edəcəyik”, – ABŞ lideri bildirib.

Müharibənin nə qədər davam edəcəyi ilə bağlı suala cavab verən Tramp qarşıdurmanın gözləniləndən daha sürətlə inkişaf etdiyini vurğulayıb.

“Düşünürəm ki, hər şey çox sürətlə gedir. Biz onların ordusunu məhv etdik”, – deyə o əlavə edib.

Qeyd edək ki, Tramp mart ayının əvvəlində münaqişənin dörd həftə ərzində başa çatacağını proqnozlaşdırmışdı. Lakin son günlər ABŞ və İran arasında hərbi əməliyyatların yenidən intensivləşməsi regionda gərginliyi daha da artırıb.