ABŞ-nin Suriyadakı bazasına PUA hücumu olub

abs-nin-suriyadaki-bazasina-pua-hucumu-olub
Oxunma sayı: 1112

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Ömər neft anbarı yaxınlığında yerləşən ABŞ bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” yerli mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində bazada üç partlayış səsi eşidilib.