Pakistan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə endirilən zərbələri pisləyir.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında etdiyi paylaşımda bildirib.
O, ABŞ və İran arasında atəşkəs rejiminin təmin edilməsinin və dialoq üçün məkanın qorunmasının zəruri olduğunu bildirib.
“Pakistan ötən gecə Birləşmiş Ərəb Əmirliklərində mülki infrastruktura qarşı raket və pilotsuz uçuş aparatı hücumlarını qətiyyətlə pisləyir. Regionda davamlı sülh və sabitliyə aparan dialoq üçün zəruri diplomatik məkanı təmin etmək məqsədilə atəşkəs rejiminin qorunması son dərəcə vacibdir”, - o qeyd edib.
Xatırladaq ki, ötən gün BƏƏ-nin Müdafiə Nazirliyi İrandan dördqanadlı raket atıldığını bəyan edib. Məlumata görə, 3 raket ərazi suları üzərində uğurla vurulub, digəri isə dənizə düşüb. İran isə BƏƏ-yə hücum etmədiyini iddia edib.
Son xəbərlər
Son Xəbərlər