“ABŞ və İsrail son hücumlar nəticəsində İranın atom obyektlərinə dəymiş zərəri ödəməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Baş katibi Antonio Quterreşə məktubunda bildirib.
“İranın Natanz və Buşerdəki elektrik stansiyası yaxınlığında yerləşən dinc nüvə obyektlərinə hücumlar BMT Nizamnaməsinin, Beynəlxalq Atom Enerjisi Agentliyinin Nizamnaməsinin və beynəlxalq hüquq normalarının pozulmasıdır”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, nüvə obyektlərinə zərbələr radioaktiv materialların geniş miqyasda yayılmasına, insanlar və ətraf mühit üçün son dərəcə təhlükəli fəsadlara gətirib çıxara bilər.
Nazir ABŞ və İsrailin İranın atom obyektlərini bombardman etməsini təcavüz aktı adlandırıb. XİN rəhbəri hücumların dərhal dayandırılmasına, həmçinin İsrail və ABŞ tərəfindən vurulan ziyanın tam kompensasiyasının ödənilməsinə çağırıb.
Son xəbərlər
Son Xəbərlər