ABŞ Yaxın Şərqə daha bir təyyarədaşıyan gəmi göndərir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Pentaqon bölgədə 250 gündən çoxdur yerləşdirilən “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini “USS George Washington” ilə əvəzləməyə hazırlaşır.
Qeyd edilib ki, dəyişiklik əvvəlcədən planlaşdırılan rotasiya çərçivəsində həyata keçiriləcək. “USS Abraham Lincoln” isə texniki xidmət üçün bölgədən çıxarılacaq.
Hazırda Sakit okean regionunda fəaliyyət göstərən “USS George Washington”un yaxın zamanda Yaxın Şərqə göndərilməsi gözlənilir.
Qeyd edək ki, “USS Abraham Lincoln”un 250 gündən çox davam edən yerləşdirilməsi ABŞ Konqresində də müzakirələrə səbəb olub. Bəzi konqres üzvləri gəmidə xidmət edən hərbçilərin uzunmüddətli missiya və yaşayış şəraiti ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Son xəbərlər
Son Xəbərlər