Ad günündə 23 il əvvəlki mahnısına yeni nəfəs verdi - Video

ad-gununde-23-il-evvelki-mahnisina-yeni-nefes-verdi
Oxunma sayı: 3545

Bu gün Azərbaycanın populyar və estrada müğənnisi, Xalq artisti Faiq Ağayevin doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, sənətkarın 52 yaşı olur.

Bu münasibətlə o, 2000-ci ildə ifa etdiyi “Aldatdı məni” mahnısına yeni nəfəs verib. Xalq artisti mahnını 23 ildən sonra yeni aranjimanda ifa edib.

Qeyd edək ki, pərəstişkarları arasında “Cənab Qızıl Şlyager” ləqəbini qazanan sənətkar yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.

Onun “Sən gəlməz oldun”, “Səni əvəz eləmir”, “Sən elə bilirdin”, “Ayrılma məndən”, “Pəncərə”, “Ömür bumu”, “Dönmə geri” və.s kimi mahnıları dillər əzbəridir.