Adnan Əhmədzadə haqqında - Yeni qərar

adnan-ehmedzade-haqqinda
Oxunma sayı: 2071

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadə barəsində yeni qərar qəbul edilib.

“Qafqazinfo” xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə A.Əhmədzadənin həbs müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, iş adamı 6 ay əvvəl həbs edilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq gedir.