“Buraya gələn özbəklərdən çoxunu görürəm. Mənə xoşdur ki, burada özbəklər çoxdur, mənim üçün gəliblər”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Sabah” klubunun futbolçusu Umarali Raxmonaliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi “Barselona”ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
“İnşallah, ümid edirəm ki, yaxşı oyun olacaq. Sabahkı oyunda daha yüksək performans göstərəcəyik”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Sabah” - “Barselona” matçı sabah Bakı Olimpiya stadionunda, saat 21:45-də baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər