Zelenski ilə görüşəcək

zelenski-ile-gorusecek
Oxunma sayı: 126

Macarıstanın Baş naziri Peter Madyar Zakarpatyaya gedib.

“Qafqazinfo” xəbər verir ki, Macarıstan hökumətinin başçısı bu barədə “X” sosial şəbəkəsində özü məlumat verib.

 O, burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq və macar icmasının nümayəndələri ilə görüşəcək.

“Macarıstan-Ukrayna sərhədini keçərək Zakarpatyaya çatdıq. Tanrı istər vətəndə, istərsə də dünyanın hər yerində yaşayan bütün macarları qorusun!” – deyə Madyar yazıb.