Tərtərdə 47 yaşlı kişini evakuator vurub öldürdü

terterde-47-yasli-kisini-evakuator-vurub-oldurdu
Oxunma sayı: 1351

Tərtərdə evakuator piyadanı vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Dördyol-2 qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Isuzu” markalı evakuator yolu keçən Ağdam rayon Güllücə kənd sakini 1978-ci il təvəllüdlü Məhəmməd Qurbanovu vurub. Nəticədə M.Qurbanov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.