Mahir Almaniyada daha bir qol vurdu - Video

mahir-almaniyada-daha-bir-qol-vurdu
Oxunma sayı: 4397

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Nürnberq” Almaniyanın 2-ci Bundesliqasında 31-ci tur oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, komanda səfərdə Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə yekunlaşıb.

Mahir bu görüşdə qolla yadda qalıb. O, 45+4-cü dəqiqədə komandasının ikinci qolunu vurub. 

Qeyd edək ki, Mahir Emreli Almaniya 2-ci liqasında meydana çıxdığı son 3 görüşdə 4 qolla yadda qalıb.