İranın cənubundakı Bəndər Abbas şəhərinin Mahid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Son məlumatlar görə, hadisə nəticəsində 18 nəfər həlak olub, xəsarət alanların sayı isə 800-dür.
***
İRNA-nın məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 25-ə yüksəlib.
***
Hadisə nəticəsində ölənlərin sayı 28-ə çatıb.
***
İranda partlayış nəticəsində həlak olanların sayı 36-ya, yaralananların sayı isə 1241-ə çatıb.